Warning: mysqli_real_connect(): Headers and client library minor version mismatch. Headers:100508 Library:100236 in /home/u439126072/public_html/wp-includes/wp-db.php on line 1653
Qazaxıstanda etirazlar: saxlanılanlar var – DOĞRU YOL
Şb. Avq 13th, 2022

Qazaxıstanın Astana və Almatı şəhərlərində hökumət əleyhinə keçirilmiş mitinqlərdə saxlanılanlar olub.
Dogru-yol.comxQazaxıstanda etirazlar: saxlanılanlar vararici KİV-ə istinadla xəbər verir ki, Almatı şəhərinin küçələrinə onlarla adam çıxıb. Onlardan bəziləri əllərində mavi hava şarları aparıb. 
Bildirilir ki, etirazları hazırda Fransada gizlənən qaçaq bankir və müxalif siyasətçi Muxtar Ablyazov təşkil edib. Astanada 10-dan çox nəfər saxlanılıb. Polis xüsusi təyinatlıları onları xidməti avtobuslara aparıblar. Almatıda da 10-dan çox etirazçı saxlanılıb. İnsanlar hakimiyyətin apardığı siyasətdən, eləcə də Astananın adının dəyişdirilərək Nursultan adlandırılması təşəbbüsünə narazılıqlarını bildiriblər. 
Xatırladaq ki, 1989-cu ildən Qazaxıstana başçılıq edən Nursultan Nazarbayev martın 19-da ölkə prezidenti səlahiyyətlərini dayandırması barədə fərman imzalayıb. 2020-ci ildə keçirilməli olan seçkilərədək keçmiş Baş nazir və parlament senatının sabiq spikeri Qasım-Jomart Tokayev dövlət başçısının səlahiyyətlərini icra edəcək. O, paytaxt Astananın Nursultan adlandırılması təşəbbüsü ilə çıxış edib. Qazaxıstan parlamenti bu təklifi dəstəkləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.