Warning: mysqli_real_connect(): Headers and client library minor version mismatch. Headers:100508 Library:100236 in /home/u439126072/public_html/wp-includes/wp-db.php on line 1653
Məktəb şagirdi intihar etdi – 15 yaşındakı Şalva həddən artıq ehtiyac içində yaşayırdı – DOĞRU YOL
Ç. Sen 28th, 2022

Martvilidə 15 yaşlı oğlan intihar edib. Yerli sakinlər məktəb şagirdinin intiharının səbəbini müzakirə edirlər. Əsas versiya isə onun olduqca çətin şəraitdə yaşamasıdır.

Qonşular hesab edirlər ki, ehtiyac içində yaşamaları uşağın gündəlik həyatına ciddi təsir edib. Şako və qardaşını atası saxlayırmış. Anaları onları atıb gedəndə onlar balaca olublar.

Yerli sakinlər deyirlər ki, ata kənddə istənilən bir işlə razılaşardı, yetər ki, gündə bir neçə lari qazanıb uşaqları üçün evə yemək apara bilsin, lakin bu həmişə alınmırdı. Bəzən gördüyü iş qarşılığında ona pul əvəzinə, ikinci əl geyim verdilər.

Şakonun soyadı demək olar ki, məktəb büfetinin nisyə dəftərinin hər səhifəsində var. O, gündə 50 tetriyə kökə alırmış. Nisyə aldığı kökənin yarısını kiçik qardaşına verirdi.

Ailə üzvləri bildirirlər ki, Şako yay tətilində müxtəlif yerlərdə fiziki işlərə məşğul olurdu ki, gündəlik bir neçə lari qazansın və özü və kiçik qardaşı üçün yemək ala bilsin.

Yeniyetmənin intiharının həddən artıq çətinliyin səbəb olub-olmadığını isə istintaq müəyyən edəcək.

Şakonun intiharından sonra ailədə psixoloji zorakılığa məruz qala biləcəyi barədə versiya da ortaya atıldı. “Kuryer” bu məlumatı da araşdırdı. Sosial Xidmətdən “Kuryer”ə bildirdilər ki, onlara zorakılıq barədə heç bir məlumat daxil olmayıb.

Şakonu sonuncu dəfə məktəb müəllimi görüb. Uşağın atası məktəbə gəlib oğlunu soruşub və peyvənd üçün həkimə aparacağını bildirib. Bu zaman onlar qısa müddət ərzində uşağın davamiyyəti barədə söhbət ediblər. Müəllim deyir ki, Şako çox istedadlı, münaqişələrdən uzaq və intizamlı bir şagird idi.

Hüquq mühafizəçiləri 15 yaşlı oğlanın atasını dindiriblər, bundan sonra isə o, “Rustavi2”-yə danışmaq istəmədiyini bildirib.

Bələdiyyə rəhbəri ailənin həddindən artıq ehtiyac içində yaşaması ilə bağlı heç bir şey eşitmədiyini bildirdi. Anons efirə getdikdən sonra isə Aleksandre Qriqalava jurnalistləri faciə yerinə apardı və bildirdi ki, ailənin vəziyyəti ilə yaxşı məlumatı var, azyaşlıların heç nəyə ehtiyacı olmayıb və heç qida çatışmazlığı da olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.