Warning: mysqli_real_connect(): Headers and client library minor version mismatch. Headers:100508 Library:100236 in /home/u439126072/public_html/wp-includes/wp-db.php on line 1653
Siyasi mühacir siyasi məhbsularla bağlı kampaniyaya başladı – DOĞRU YOL
Ç. Sen 28th, 2022

Almaniyada yaşayan müsavatçı mühacir Günel Həsənova siyasi məhbuslarla bağlı aksiyaya qərar verib.
O bildirib ki, şərlənərək həbs olunmuş müsavatçı fəal Azad Həsənovun, jurnalistlər – Seymur Həzi və Əfqan Muxtarlının timsalında siyasi məhbsuların azad ediməsi tələbilə fərdi kampaniyaya start verib: 

“Akisyanın əsas məqsədi, avropalıları xüsusilə də Alman cəmiyyətinin diqqətini çəkməkdir. İlkin olaraq hərkəsin problemini eyni anda deyil, fərdi şəkildə işıqlandırmağı məqsədəuyğun düşünürəm. 

Təşəbbüsün reallaşması üçün aşağıdakı şəkildə işləniləcək:
1. İlk olaraq Azad Həsənovun və onun fəaliyyəti haqqında ingilis və almanaca məlumatın hazırlanması.2. Bu məlumatı Alman cəmiyyətinə və Almaniyada fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinə çatdırılması.3. Azad Həsənovun azad olunması üçün Azərbaycan Respublikası Prezidentinə və Azərbaycanın Almaniyadakı səfirliyinə Alman vətəndaşlarının müraciətlərini təşkil edib və onun azad olunmasını tələb etmək.4. Bundan başqa digər zəruri tədbirlərin təşkili”.

Günel Həsənova bu təşəbbüsün reallaşması dəstək olacaq şəxslərə də təşəkkür edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.