Warning: mysqli_real_connect(): Headers and client library minor version mismatch. Headers:100508 Library:100236 in /home/u439126072/public_html/wp-includes/wp-db.php on line 1653
Azərbaycanın ictimai xadimləri Ermənistan siyasi fəalın çağırışlarını dəstəklədilər. – DOĞRU YOL
Ç. Sen 28th, 2022

Azərbaycan Respublikasının prezidenti

Cənab İlham Əliyevə

Hörmətli, cənab Prezident

Hər şeydən öncə, Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanmasına, Qarabağ ərazisində yaşayan erməni əhalinin vətəndaşlığını bərpa etməyə hazır olması və onların Azərbaycan Konstitusiyası ilə ölkəmizin vətəndaşları üçün zəmanət verilmiş bütün hüquqlarla təmin olunması barədə verdiyiniz bəyanatlara öz dəstəyimizi bildirmək istərdik.

Bu yaxınlarda döyüşmüş hər iki tərəfdən regionda sülhün bərqərar olması istiqamətində fəaliyyəti dəstəkləyən vətəndaş cəmiyyəti fəalları və özəklərinin təşəbbüsləri  sizin bu bəyanatlarınızın fonunda  xüsusi əhəmiyyət kəsb edir. Ümid edirik ki,  siz həm ölkəmizdə, həm də Ermənistanda sülhməramlı kimi özünü doğrultmuş vətəndaş cəmiyyəti nümayəndələrinin, əsasən də qeyri-hökumət təşkilatları nümayəndələrinin bu təşəbbüslərini müsbət qiymətləndirəcəksiniz.

Ermənistanın iki belə nümayəndəsi, Georgi Vanyan və Yuri Manvelyan bu yaxınlarda sizə müraciət edərək, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan erməni hərbçilərin azad edilməsi imkanlarını nəzərdən keçirməyinizi xahiş ediblər.

Onların sayının nə qədər olduğu məlum deyil. Onların statusu ilə bağlı müxtəlif fikirlər söylənilir. Amma bir şeyi dəqiq bilirik ki, onlar son 33 ildə bizim köklü yerli milli maraqlarımıza zidd olaraq, Ermənistan və Azərbaycan xalqlarına zorla qəbul etdirilmiş siyasi xəttin qurbanlarıdır. İki qonşu dövlət arasında sülh və ya müharibənin olmasına onlar qərar verməyiblər, bizim xalqların taleyinin müəyyən edilməsində demək olar ki, onlardan heç bir şey asılı olmayıb.

Onlar insan talelərini “üyüdən” amansız müharibə dəyirmanının daşları arasında qalan tipik “sıravi vətəndaşlar”dır.

Biz sülhməramlı Georgi Vanyan və jurnalist Yuri Manvelyanın çağırışına qoşulur və sizdən xahiş edirik ki, xoş məram nümayiş etdirərək ölkəmizdə həbsdə olan və istintaqın barələrində hər hansı ciddi cinayət əməli aşkar etmədiyi erməni hərbçilərin azadlığa buraxılması barədə sərəncam verəsiniz.

Bunun sülh proseslərinin inkişafına ciddi töhfə verəcəyinə şübhə etmirik. Bu əsgərləri evlərində anaları gözləyir, onlar da sizin qərarınızı minnətdarlıqla qarşılayacaqlar.

Arzu Abdullayeva

Əli Abasov

Zərdüşt Əlizadə

Sabit Bağırov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.