Warning: mysqli_real_connect(): Headers and client library minor version mismatch. Headers:100508 Library:100236 in /home/u439126072/public_html/wp-includes/wp-db.php on line 1653
Siyasi mühacirlər Almaniyanın Nürnberg şəhərində “Siyasi Məhbuslara Azadlıq” tələb etdi. – DOĞRU YOL
Şb. Avq 13th, 2022

Siyasi mühacirlər Almaniyanın Nürnberg şəhərində  “Siyasi Məhbuslara Azadlıq” tələb etdi.

Bu gün 04 İyun 2021ci il tarixində  DAS (Demokratik Azərbaycanı Seç)  təşkilatının fəallarının təşkilatçılığı ilə Almaniyanın Nürnberg şəhərində  BMT-nin ofisinin və  “Nürnberger Nachrichten” qəzetinin önündə „  “siyasi məhbuslara azadlıq”, “repressiyalara son” tələblərilə   etiraz aksiyasi keçiririblər. Bu haqqda saytımıza məlumatı  aksiyanin təşkilatçılarından biri DAS-in təşkilatının fəal üzvü  Elçin Qasimov verib.   E.Qasımovun  sözlərinə görə akisyaların məqsədi Əliyev ailə rejiminə qanunsuz əməllərinə, siyasi represiyalarına etiraz etməkdir. Biz Azərbaycanda demokratik mühüt yaradılana qədər, siyasi məhbuslar azad oluna qədər, dikator İlham Əliyev rejimindən tələblərimizi davam etdirəcyik.  Biz aksiyainin sonunda aşağıdakı tələblərimizi BMT-nin Nürnberg şəhərindəki nümayəndəliyinə və “Nürnberger Nachrichten” qəzetinin əməkdaşlarına təqdim etdik.

                        Biz mitinq iştirakçıkarı olaraq Azərbaycanda baş verən bütün hüquqpozuntularına qarşı aşağıda qeyd olunan addımların atılmasını tələb edirik!

Azərbaycan hakimiyyətinə aşağıdakı istiqamətlər üzrə çağırışlar edilsin:

  • İnsanların şəxsi həyatına müdaxilələr aradan qaldırılsın;
  • Hərbçilərə edilən işgəncələrin ədadlətli və obyektiv araşdırılması üçün siyasi hakimiyyət siyasi iradə göstərməlidir;
  • Siyasi azadlıqların və demokratik dəyərlər tətbiq edilsin;
  • Siyasi fəallara qarşı həyata keçirilən işgəncə, təzyiq və qeyri-insani rəftar aradan qaldırılsın;
  • Azadlıqdan məhrumetmə yerlərinə yerli və beynəlxalq mütəxəssislərin daxil olmasına şərait yaradılsın;

Eyni zamanda BMT, Avropa Şurası, ABŞ, Almaniya Federativ Respublikası və digər dövlətlərdən tələb edilsin ki, Azərbaycanda siyasi repressiyaları həyata keçirən məmurlara qarşı sanksiya tətbiq edilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.