DAS ( Demorkatik Azərbaycan Seç) Təşkilatı Berlin şəhərində “Siyasi sifarişli qətlərə son, Siyasi məhbuslara azadlıq” tələb etdi.

23 sentyabr 2021 ci il tarixində DAS (Demokratik Azərbaycanı Seç)  təşkilatının fəallarının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində Almaniyanın Xarici İşlər Nazirliyinın, Amnesty International təşkilatının Almaniyadakı nümayəndəliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin önündə „  fəallarının təşkilatçılığı Siyasi sifarişli qətlərə son, Siyasi məhbuslara azadlıq” tələblərilə mitinq keçiririblər. Bu haqqda saytımıza  aksiya təşkilatçılarından biri DAS təşkilatının fəal üzvü Əmrah Verdizadə məlumat verib.  Ə.Verdizadənin  sözlərinə görə,  Aksiyamız məqsədi dünya ictimayyətinin dəqqətini Azərbaycanda baş verən qanunsuzluqlara çəkməkdir. Azərbaycandakı mövcud dikatura rejimi Azərbaycanda insan hüquq və azadlıqlarını tam məhdudlaşdırb, müstəqil fikir səsləndiri vətən xaini elan edib, insanlar siyasi baxışlarına və dini əqidələrinə görə təqib olunurlar, qətlə yetirilirlər. Ölkədə 150 yaxin siyasi məhbus var. Siyasi məhbuslara Cəzaçəkmə müəsisəsinin rəhbəri səviyyəsində işgəncə verilir. , 7 Saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şakir Qəniyev şəxsən özü Azərbaycan Xalq Cəhbəsi Partiyasının fəal üzvü, siyasi məhbus Elzamin Salayevə  dəhşətli işgəncələr verib.  Onun dediyinə görə  ondan partiya əlehinə bəyanat verib, istefa ərizəsi tələb ediblər.

Bütün bunlar göstərir ki, ölkədə qanun adina heç bir şey yoxdur, bizdə mütamdi olaraq baş verənlərə etiraz edirik. Bu aksiyalarımzda həmin etirazlardan biridir.

Mitinqin digər təşkilatçısı, DAS təşkilatının üzvü İmran Rəsulzadənin sözlərinə görə, aksiyanın sonunda mitinq iştirakçilarının tələbləri sələndi və müraciətimiz Almaniyanın Xarici İşlər Nazirliyinə və Amnesty International təşkilatının Almaniyadakı nümayəndəliyinə təqdim edildi.

  • Bütün siyasi məhbuslar qeyd-şərtsiz azad edilsin;
  • Azərbaycan hakimiyyətinə siyasi azadlıqlar və demokratik dəyərlərin tətbiq edilməsi yönündə çağırışlar edilsin;
  • İctimai-siyasi fəallara qarşı həyata keçirilən işgəncə, təzyiq və qeyri-insani rəftarın aradan qaldırılması üçün Azərbaycan hakimiyyətinə qarşı sərt addımlar atılmalıdır;
  • Saxlanma yerlərinə və qapalı müəssisələrə yerli və beynəlxalq hüquq müdafiəçilərinin  daxil olmasına şərait yaradılsın;
  • Siyasi sifarişli məhkəmələrin dayandırılması üçün Azərbaycan hökumətinə çağırışlar edilsin;
  • Eyni zamanda Avropa Şurası, ABŞ, Almaniya Federativ Respublikası və digər dövlətlər Azərbaycanda siyasi repressiyaları həyata keçirən məmurlara qarşı sanksiya tətbiq edilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.