Warning: mysqli_real_connect(): Headers and client library minor version mismatch. Headers:100508 Library:100236 in /home/u439126072/public_html/wp-includes/wp-db.php on line 1653
Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: “Topaz” fəlakəti böyüyür… – DOĞRU YOL
Ca. İyl 7th, 2022

Bir müddət əvvəl Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edərək, idman və mərc oyunları ilə bağlı müəyyən qadağalar tətbiq etdi. Dəyişikliyə əsasən, qumar oyunlarının və belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.

Qeyd edək ki, qumar oyunları dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab edilir.

Dəyişikliyə görə, kifayət qədər böyük məbləğdə cərimələr müəyyən edilib. Qeyd edək ki, Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. Bu barədə mərhum prezident Heydər Əliyev 1998-ci il yanvarın 27-də Sərəncam imzalayıb.

İndi keçək əsas mətləbə: “Topaz” mərc oyunu deyilsə, nədir?

El arasında “Cavid Qurbanovun kazino”su hesab edilən bu oyunun Bakının hər yerində məntəqələri var.

  • Əgər mərc oyunları qadağan edilirsə, “Topaz” niyə qalır?
  • Yoxsa ölkədə mərc oyunlarını da monopoliya altına aldılar?

Bizim deputatlar isə Milli Məclisdə ancaq bir-birinə faydası olan və xalqın zərərinə olan qanunları qəbul etmək üçün oturub. Ölkə üzrə çox az ərazi olar ki, seçici deputatını tanısın. Və az ərazi olar ki, deputat seçicinin bir işinə yarasın.

Çıxıb etiraz edəndə – “sizi biz seçməmişik” deyəndə isə, xüsusi qrup var ki, danışanların ağzını yummağa çalışır. Deputatların mərc oyunları ilə bağlı qanuna edilən dəyişikliklərə səs verib qəbul etməsinin səbəbini soruşsan, bəlkə də, “Cavid Qurbanovun xətri qalmasın” deyərlər.

  • Axı, millət kimdir ki? Kimin diqqət mərkəzindədir ki?
  • Biz demirik ki, bu qanun nahaq yerə qəbul edilib. Biz deyirik ki, qanun niyə hamıya şamil edilmir?
  • Məsələn, niyə “Topaz”-ın rəsmi şəkildə bağlanması haqqında açıqlamanı görmürük?

Demək, məqsəd odur ki, ölkədə olan yerli və əcnəbi mərc oyunları aradan çıxısn və tək olaraq Cavid müəllimin biznesi qalsın. Və bu günə kimi də kim digər mərc oyunlarına pul qoyubsa, yeganə bir hədəfə yönəlsin. Gəlir ancaq Cavid Qurbanovun cibinə axsın.

Əcnəbi mərc oyunlarının KİV-də reklamına da qadağa qoyub, hələ üstəlik, bunun üçün də cərimə tətbiq ediblər. Artıq Cavid Qurbanovun monopoliya arzusu, onlarla KİV-in də cibinə girib. İndi isə, gələk bu qanuna edilən dəyişikliyə.

Yadınızdadırsa, ötən il “Topaz”-ın bazarının öldüyü və Cavid Qurbanovun bu biznesdən əl çəkəcəyi deyilirdi. Bu qanuna edilən dəyişiklik də adıçəkilən mərc oyununun bazarda tək və rəqibsiz olması üçün yeganə çıxış yolu idi. “Topaz” səhmlərinə kifayət qədər vəsait xərcləyən Qurbanov görünür ki, bu biznesin möhkəmlənməsi üçün Milli Məclisə sifariş göndərib. Yəni qəbul edilən dəyişiklik vətəndaşların rifahını qorumaq üçün deyil, məhz Qurbanovun rəqibsiz biznesi üçün rəqabətsiz mühiti təşkil etmək üçündür. Hamı bilir ki, xarici mərc kontorları “Topaz”-la müqayisədə qat-qat yaxşı şərtlər təklif edirlər. “Topaz”-la oynayıb müflis olma ehtimalı daha çoxdur, nəinki hansısa xarici mərc kontoru ilə. Daha yaxşısını bağlayıb daha pisini saxlamaq hansı formada xalqa qayğı sayılır? Hamısını bağlasaydılar, o halda başa düşmək olardı…

Mərhum Gənclər və İdman naziri Azad Rəhimov Milli Məclisdə “Topaz” idman mərc oyunu operatorunun fəaliyyətinin dayandırılmasının vacibliyi barədə səslənən təklifə münasibət bildirmişdi. O, qeyd etmişdi ki, deputatlar belə bir qərarı qəbul edəcəkləri halda, onu dəstəkləyəcək. Nə qədər acınacaqlı olsa da, bizi işə yaramaz, mandatı öz xüsusi məqsədləri üçün istifadə edən və millətdən xəbəri olmayan “millət vəkilləri” bu oyunun bazarda monopoliyası üçün əllərindən gələni etdilər.

O gün də oxuyuram ki, “seçiciləri” Oqtay Əsədovu axtarır, tapa bilmir. Deputatxananın aparat rəhbəri Səfa Mirzəyev də deyir ki, seçicilər şikayətlərini jurnalistlərə deyil, ona çatdırmalıdır.

Eh, ay millətim, siz düşünürsünüz ki, Oqtay Əsədov özü hansı dairədən seçildiyini bilir?

Nə isə… Onsuz da, danışmaqla sizə bir şey olan deyil, uzun illər sizi heç kim yerinizdən tərpədə bilməyib. Amma millət artıq niyə sizin deputatxanada oturduğunuzu bilir. Seçkilər gəlsin, yenə qapı-qapı düşüb camaatın əl-ayağını öpəcəksiniz. O günə də çox qalmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.