Warning: mysqli_real_connect(): Headers and client library minor version mismatch. Headers:100508 Library:100236 in /home/u439126072/public_html/wp-includes/wp-db.php on line 1653
Peyvənd əleyhdarları küçələrə çıxdı! – DOĞRU YOL
Ca. İyl 7th, 2022

Dogru-yol.com xarici mediyaya istinadən xəbər verir ki,

Kanadada minlərlə insan peyvəndin zəruriliyinə etiraz etmək üçün küçələrə axışıb . Etirazlar böyüdükdən sonra Baş nazir Trüdo və ailəsi “gizli” yerə köçürüldü!

Peyvəndin zərurətinə etiraz etmək üçün ölkənin müxtəlif şəhərlərindən yola çıxan peyvənd əleyhinə yük maşını sürücüləri tərəfindən etiraz dalğası başlayıb.

Dünən Ottavada minlərlə etirazçı küçələrə çıxıb. Peyvənd tələbinə və Covid-19 məhdudiyyətlərinə son qoymağa çağıran nümayişçilər Kanada təhlükəsizlik qüvvələrini xəbərdar etdilər.

CBC News-a adının açıqlanmasını istəməyən mənbə “Baş nazir Castin Trudeau və ailəsi təhlükəsizliklə əlaqədar olaraq açıqlanmayan yerə köçüb” dedi.

Eyni xəbərə görə, baş nazir və ailəsi artıq etirazın episentrindən təxminən 4 kilometr aralıda yerləşən Rideau Kottecdəki evlərində deyil.

Mövzu ilə bağlı rəsmi açıqlama olmasa da, bu tədbirin neçə gün davam edəcəyi bəlli deyil.

Şənbə günü parlamentin ərazisinə toplaşan nümayişçilərə qarşı geniş təhlükəsizlik tədbirləri görülüb.

Ottava polis rəisi Peter Sloly verdiyi açıqlamada, “Bu nümayiş böyük ölçüdədir” dedi və polis qruplarının nümayişə “bütün bucaqlardan” baxacaqları və qanunu pozan hər kəsin həbs ediləcəyi barədə xəbərdarlıq etdi.

Kanadanın baş naziri Castin Trudeau isə jurnalistlərə açıqlamasında etirazın zorakılığa çevriləcəyindən narahat olduğunu bildirib.

Trudeau, konvoyun “kiçik azlığın” fikrini təmsil etdiyini söylədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.