Jurnalist saxta ittihamlarla həbs olunub və bu gün işgəncə altındadır! Anası Rəhilə Məmmədli bildirir ki, o haqsızlığa etiraz olaraq ACLIQ AKSİYASINA başlayıb. Onu övladlarının səsinə belə həsrət qoyublar. Elçin Məmməd həbsxanada intahar edəcəyini bildirib. Bütün cəmiyyətə müraciət edirəm, jurnalistlərə səslənirəm, gəlin Elçin Məmmədə dəstək olaq, onu ölümə tərk etməyək. O günahsızdır və məhz peşə fəaliyyətinə görə hakimiyyətin hədəfinə tuş gəlib. Elcin Məmməd və bütün günahsız məhbuslara Azadlıq tələb edirəm!
Elçin Məmməd-ə edilən bu haqsızlıq, özbaşınalıq, tərbiyəsizlik təcili dayandırılmalı, ailəsi ilə, uşaqları ilə telefon zəngi bərpa olunmalıdır.
Həmkarım, gunahsız həbs olunan Elçin Məmməd üçün hər an etiraz etməyə hazıram və bütün müstəqil qələm əhlini, jurnalistləri Elçin Məmmədə dəstək olmağa səsləyirəm, onun bizə ehtiyacı var!