Warning: mysqli_real_connect(): Headers and client library minor version mismatch. Headers:100508 Library:100236 in /home/u439126072/public_html/wp-includes/wp-db.php on line 1653
Dövlətin məmuru hüquqlarımı pozursa kimə,hara müraciət etməliyəm?. – DOĞRU YOL
Bz. Dek 4th, 2022

İsmayıllı sakini Elşən İsmayıllı sual edir. Dövlətimizin məmurları hüquqlarımı pozursa kimə,hara müraciət etməliyəm?

Elşən İsmayıllının redaksiyamıza göndərdiyi məktubu əlavə edirik.

Qeyd etmək istəyirəm ki, dəfələrlə aidiyyəti orqanlara müraciət etməyimə baxmayaraq hələ də hüquqlarım pozulmaqda davam edir.Çox təəssüf ki,hüquqlarımın pozulması işini hüquq -muhafizə orqanları həyata keçirir.Yəqin yuxarı instansiyalar bu işi polisə həvalə ediblər.
Mən hesab edirəm ki, bütünlüklə ailəmizə qarşı dövlət səviyyəsində ayrıseçkilik kompaniyası aparılır.Elə isə kimə,hara şikayət edim?
Bəlkə başqa ölkələrdən sığınacaq istəyim ya vətəndaşlığdan imtina edim?
Axı dövlət qurumları biz vətəndaşlar üçün bir seçim,bir yol qoymayıblar.
Mən 2013- cü il məlum İsmayıllı hadisələri zamanı həbs olunmuş və 2014- cü il dekabrın sonunda dövlət başçısının əfv sərəncamı ilə azadlığa buraxılmışam.
“Hətta deyilənlərə görə əməlim ağır cinayət”hesab olunduğu üçün qanunda göstərilir ki, həbsdən çıxdığım müddət nəzərə alınaraq 6- il müddətinə mənə silah verilə bilməz.Artıq 8- ildir ki,məhkumluğum ödənilib.Dəfələrlə daxili işlər nazirliyinə, İsmayıllı rayon polis idarəsinə müraciət etsəm də heç bir tədbir görülməyib,əksinə hüquqlarım pozulmaqda davam edir.
Qeyd edirəm ki, həmin silah qoşa lülə 16 kb ov silahı atamın adınadır və atam ahıl yaşda olduğuna görə öz adıma rəsmiləşdirmək istəyirəm.
Mən şəxsimə qarşı bu ədalətsizliyə etiraz edirəm və bildirirəm ki,bu hal aradan qaldırılmasa ailəliklə ölkə vətəndaşlığından imtina edəcəyəm.

Redaksiyadan: Qarşı tərəfi dinləməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.