Saatlı rayonunda ölümlə nəticələnən avto qəza baş verib

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb. “Shaqman” markalı yük avtomobili “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb.

Qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib. Verilən  məlumata görə, bu İmişli rayon sakinləri Əli Təşkilat oğlu və İsgəndərov Peymandır.

 

Faktla bağlı araşdırma davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.