Fikrət Hüseynli Əliyevlərə səsləndi: “Ata-anamdan əl çəkin!”

TuranTV-nin əməkdaşı Fikrət Hüseynli Azərbaycanda ata-anası və başqa ailə üzvlərinin incidildiyi ilə bağlı müraciət yayıb. F.Hüseynli feysbuk səhifəsində Azərbaycan hakimiyyətinə müraciətlə yazır:

“Mənim 2 dəfə infarkt keçirmiş anamdan, 1 dəfə infarkt, 1 dəfə insult keçirmiş atamdan, Ermənistandan qaçqınlığın və müharibənin nəticəsində əlil olmuş yaxınlarımdan əl çəkin. Bu insanlara bir şey olacağı təqdirdə bütün məsuliyyət sizin üzərinizdə qalacaq.

Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Milli Məclis rəhbərliyinə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmənin rəisi Mədət Quliyevə müraciət edirəm. Mənim ağır qaçqınlıq həyatı yaşamış, Azərbaycanda daimi qaçqınlıq hüququ olan yaxınlarıma edilən təzyiqlərə son qoymaq üçün göstəriş verin. Ramazan ayında gecə saat 3-də namaz qılan, oruc tutan anamın qapısını güdmək, səhər saat 11:00-da 2 maşınla 75 yaşlı xəstə atamı axtarmaq, həyacanlandırmaq nə vicdana sığır, nə əxlaqa. Mənim yaxınlarımdan əl çəkilməsə, Avropada baş verəcəklərin məsuliyyəti sizin üzərinizə düşəcək. Sonra deməyin ki, mühacirlər ölkəmizi, onun rəhbərliyini hədəf seçir və sair”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.