Warning: mysqli_real_connect(): Headers and client library minor version mismatch. Headers:100508 Library:100236 in /home/u439126072/public_html/wp-includes/wp-db.php on line 1653
ŞOK: SOCAR əməkdaşları tərəfindən evi sökülən qadın ÖZÜNÜ YANDIRDI – DOĞRU YOL
Ca. İyl 7th, 2022

Dünən SOCAR əməkdaşlarının növbəti özbaşınalığı böyük faciəyə səbəb olacaqmış. 
Dogru-yol.com xəbər verir ki, bu haqda Hurriyyet.org-a məlumat verən mənbənin sözlərinə görə, Balaxanıda SOCAR əməkdaşları tərəfindən evinin sökülməsinə cəhd edilən qadın üzərinə benzin tökərək, özünü yandırıb.
Məlumata əsasən, qadın bundan öncə evinin qanunusuz olaraq sökülməsinə etiraz edib. O bildirib ki, evinin yerləşdiyi torpaq sahəsi İcra Hakimiyyəti tərəfindən ayrılıb və tikintiyə də qanun çərçivəsində razılıq verilib. Hətta bununla bağlı sənədləri də SOCAR əməkdaşlarına təqdim edib. Lakin qurumun mühafizə xidmətinin əməkdaşları bildirib ki, onlara həmin ərazinin SOCAR-a aid olduğu bildirilib və bu səbəbdən də evin sökülməsi ilə bağlı göstəriş verilib.
Mənbə deyir ki, evi sökməkdən öncə SOCAR-ın işçiləri otaqdakı əşyaları bayıra daşımağa başlayıblar. Bu zaman ev sahibi üzərinə benzin tökərək, özünə od vurub. Bir anın içərisində qadının alovlandığını görən SOCAR əməkdaşları tez onu söndürməyə çalışıblar. Bu zaman onlardan da yanıq xəsarəti alanlar olub.
Qeyd olunur ki, qadını ölümdən qurtarmaq mümkün olsa da, ciddi yanıq xəsarətləri alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.