Warning: mysqli_real_connect(): Headers and client library minor version mismatch. Headers:100508 Library:100236 in /home/u439126072/public_html/wp-includes/wp-db.php on line 1653
Əli Kərimli azadlığa buraxılıb- VİDEO – DOĞRU YOL
Ç. Sen 28th, 2022

”Sizin kimi cəsur insanlar Azərbaycvana müstəqillik gətirdi”

 

Səbail Rayon Məhkəməsi AXCP sədri Əli Kərimlini 2500 manat cərimə qərarı çıxararaq, məhkəmə zalından azad edib.

AXCP sədri məhkəmə önündə jurnalistlərə bildirib ki, hakimiyyət Şəhidlər Xiyabanını qapatmaq istəsə də, bu, baş tutmadı.

Əli Kərimli bildirib ki, prosesdə onun Şəhidlər Xiyabanını hansı dövlət tədbirinə görə bağlanması sualına, turistlərin gəlməsi cavabını veriblər.

O, tərəfdarların müraciət edərək, bildirib:

“Növbəti tarixi günlərdə birlikdə yenə də Şəhidlər Xiyabanını ziyarət edəcəyik. 30 il əvvəl də sizin kimi cəsur insanlar Azərbaycvana müstəqillik gətirdi”.

Demokratik Qüvvələrin Milli Şurası 17 noyabrda Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis müdaxiləsi ilə üzləşib. Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimliaksiyanın digər iştirakçıları ilə birlikdə saxlanılıblar. Sonradan C.Həsənli sərbəst buraxılıb.

Bakı Baş Polis İdarəsinin məlumatına görə, ümumilikdə 52 nəfər saxlanılıb. Sonradan 41 nəfər sərbəst buraxılıb. Saxlanılan 11 nəfər arasında AXCP sədri Əli Kərimli də olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.